Haqqımızda

2018-ci ildən etibarən «GİD CSR Consulting» şirkəti, şəffaflıq, ədalət, insan hüquqları, qayğı prinsiplərini əsas tutaraq yaradılıb. Əsas məqsəd, əhalinin sosial cəhətdən çətinlik yaşayan təbəqələrini dəstəklənməsi, tibb, elm, təhsil, idman, ekolojı mövzularına aid olan layihələrinin həyata keçirilməsi və valideyn himayəsindən məhrum olmuş uşaqların inkişafı, cəmiyyətə inteqrasiyasından ibarətdir. «GİD CSR Consulting» müxtəlif şirkət və təşkilatlara, Korporativ Sosial Məsuliyyət istiqamətində xidmət göstərir.

Layihələrimiz

“GİD CSR Consulting” müxtəlif şirkət və təşkilatlara, Korporativ Sosial Məsuliyyət istiqamətində xidmət göstərir.

Uşaqlar arasında “Vətən sevgisinə rəng qat!” adlı rəsm müsabiqəsi “Bakcell”in dəstəyi ilə şəhid övladları üçün xeyriyyə sərgisi təşkil olunacaq

Bakcell və «GİD CSR Consulting» şirkəti birlikdə uşaqlar arasında “Vətən sevgisinə rəng qat!” şüarı altında rəsm müsabiqəsi elan edib. Layihənin məqsədi vətən uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin övladlarına öz həmyaşıdlarının qayğı və diqqətini göstərməkdir. Layihə çərçivəsində Bakı və Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan 7-17 yaşlı uşaqlar arasında rəsm müsabiqəsi elan ediləcək. Seçilən rəsm əsərlərinin onlayn auksionda satışından əldə olunan vəsait isə ikinci Qarabağ müharibəsi şəhidlərinin övladları üçün hədiyyələrin alınması üçün xərclənəcək.

Bizimlə əlaqə

Hər hansısa sualınız yarandığı təqdirdə
çəkinmədən bizə müraciət edin!

Ünvan

Bakı ş., M.Muxtarov 203