“Vətən sevgisinə rəng qat!” adlı rəsm müsabiqəsi

Uşaqlar arasında “Vətən sevgisinə rəng qat!” adlı rəsm müsabiqəsi

Bakcell və “GİD CSR Consulting” şirkəti birlikdə uşaqlar arasında “Vətən sevgisinə rəng qat!” şüarı altında rəsm müsabiqəsi elan edir.

Layihənin məqsədi vətən uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin övladlarına  öz həmyaşıdlarının qayğı və diqqətini göstərməkdir. 

Layihə çərçivəsində Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərində yaşayan 7-17 yaşlı uşaqlar arasında rəsm müsabiqəsi elan edilir. Seçilən rəsm əsərlərinin onlayn auksionda satışından əldə olunan vəsait isə ikinci Qarabağ müharibəsi şəhidlərinin övladları üçün hədiyyələrin alınmasına xərclənəcək.

Beləliklə,  “Vətən sevgisinə rəng qat!” şüarı altında keçirilən bu aksiyaya qoşulan uşaqlar  100 şəhid övladına dəstək və dostluğunu nümayiş etdirmək imkanı əldə edəcək.

Müsabiqədə iştirak qaydaları:

  • – Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərində yaşayan 7-17 yaşlı uşaq və yeniyetmələr iştirak edə bilər;
  • – Müsabiqəyə yalnız A4 və daha böyük ölçüdə hazırlanmış rəsmlər qəbul olunur;
  • – Müsabiqə iştirakçıları istənilən boya növü və rəsm texnikasından istifadə edə bilər (akvarel, quaş və yağlı boyalar ilə çəkilmiş rəsmlər arzu olunandır);  
  • – Rəsmlər ancaq əl işlərindən ibarət olmalıdır. Hər hansı kompüter proqramı ya şablonlar vasitəsilə hazırlanmış rəsmlər müsabiqədə iştirak üçün buraxılmayacaq;
  • – Mövzu sərbəstdir;
  • – Şiddət, müharibə səhnələrini əks etdirən və yaxud milli mənəvi dəyərlərimizə zidd olan rəsmlər müsabiqəyə qəbul edilməyəcək;
  • – Hər iştirakçı müsabiqə üçün ən çox 3 rəsm təqdim edə bilər;
  • – Rəsmlər (iştirakçıların əlaqə nömrələri, ad soyad və ata adı qeyd edilməklə) 01.10.2021-ci il tarixindən 01.11.2021-ci il tarixinə qədər office @ gidconsulting. az elektron ünvanına göndərilməlidir;
  • – 01.11.2021-ci il tarixindən sonra daxil olan rəsmlər qeydə alınmayacaqdır;
  • – Seçim zamanı uşaqların əl işlərində kompozisiyanın motivi, rəng seçimi və ideyası əsas götürüləcək;
  • – Rəsmlər müəlliflərdən toplanaraq GİD CSR Consulting şirkətinin sosial media hesablarında öncədən nümayiş olunaraq, satışa çıxarılacaqdır Instagram səhifəsi
  • – Rəsmlərin auksionda satışı 02.11.2021-04.11.2021 tarixləri arasında həyata keçiriləcək;
  • – Auksion üçün seçilmiş rəsmlərin müəllifləri sertifikatlarla təltif olunacaq.   

Təşkil olunacaq xeyriyyə aksiyasına hər kəsi iştirak etməyə dəvət edirik. Gücümüz birliyimizdədi!